Fransada valideynlər uşaqlarına görə həbs oluna bilər

Fransada valideynlər uşaqlarına görə həbs oluna bilər
 

Fransanın ədliyyə naziri Erik Dupon-Moretti fransalı valideynlərə xəbərdarlıq edib.

O qeyd edib ki, ölkədəki iğtişaşlarda iştirak edən yeniyetmələrin valideynləri qanunla məsuliyyətə cəlb edilə bilər.

“Uşaqlarına baxmayan, gecə vaxtlarında onların küçələrdə qalaraq qanun pozuntuntusuna yol verməsinə dolayı yolla şərait yaradan valideynlər  iki il həbs və ya 30 min avro cərimələnə edilə bilərlər”, - deyə Fransanın ədliyyə naziri vurğulayıb.
O, həmçinin qeyd edib ki, ötən gecə Fransada iğtişaşlara görə saxlanılanların üçdə biri yaşı 18-dən az olan yeniyetmələrdir.

0.020775079727173