Bütün Fransa bu yanğınsöndürəndən danışır - VİDEO

Bütün Fransa bu yanğınsöndürəndən danışır - VİDEO
 

Son günlər etirazlarla gündəmə gələn Fransada bu dəfə yanğınsöndürən Conatan Vero müzakirələrə səbəb olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı yanğınsöndürən yanaraq oksigen olmadan 272.25 metr qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bundan əvvəlki 204.23 metrlik rekord göstəricini üstələyən yanğınsöndürən eyni anda iki rekorda imza aıb.

"İnsan məşəli" adlandırılan Vero həm 275.25 metr məsafəyə qaçmaq, həm də 100 metri oksigensiz ən sürətlə qaçmaq rekordunu qırıb.

Sosial şəbəkələrdə paylaşılan videolarda Veroun iş yoldaşlarının yanğınsöndürmə balonları ilə onun arxasıyca qaçdığı görülüb.

Qaçışı öz istəyi ilə bitirən fransız daha sonra ətrafındakılara onu söndürmələri üçün işarə edib.

Uşaqlığından bəri odla oynamağın ən böyük həvəsi olduğunu deyən Vero, sərhədləri aşmağı sevdiyini, yanğınla mübarizə ilə yanaşı, kaskadyorluqla da məşğul olduğunu bildirib.

Billurə 

0.028903007507324