Bu ölkədə 25 nəfər avtobusda yanaraq öldü - VİDEO

Bu ölkədə 25 nəfər avtobusda yanaraq öldü - VİDEO
 

Hindistanın Maharashtra əyalətində avtobus bariyerlərə çırpıldıqdan sonra alışıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Həlak olanların çoxunun avtobusdan çıxa bilmədiyi bildirilib.

Hindistanın baş naziri Narendra Modi qəzada həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Hindistanda adətən diqqətsiz sürücülər, baxımsız yollar və köhnə nəqliyyat vasitələrinə görə, tez-tez qəzalar baş verir. Polisin açıqlamalarına görə, hər il Hindistanda 110 mindən çox şəxs yol-nəqliyyat hadisələri zamanı həlak olur.

Billurə

0.013335943222046