“Real Madrid” və PSJ Mbappe ilə bağlı razılığa gəldilər

“Real Madrid” və PSJ Mbappe ilə bağlı razılığa gəldilər
 

PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftə “Real Madrid”in oyunçusu olacaq.

Bu barədə jurnalist Fransua Qallardo “Twitter” hesabında məlumat verib.

Məlumata görə, tərəflər 24 yaşlı fransalı futbolçunun transferi üçün müqavilənin bütün şərtlərini razılaşdırıblar. Transferin məbləği barədə məlumat verilmir.

Qeyd edək ki, Mbappe 2017-ci ilin yayında “Monako”dan icarə əsasında PSJ-yə keçib. Bir mövsüm sonra parislilər onun transferini 180 milyon avroya reallaşdırıblar. Bu transfer hələ də futbol tarixinin ən bahalı transferi reytinqində ikinci yerdədir. PSJ Neymarın “Barselona”dan transferinə isə 222 milyon avroya xərcləyib.

Mbappe ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 39 qol vurub və 26 məhsuldar ötürmə verib. Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatır.

0.028033018112183