Makron hadisələrə görə TikTok-u günahkar çıxartdı

Makron hadisələrə görə TikTok-u günahkar çıxartdı
 

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fransadakı iğtişaşlarda Tiktok, Snapchat və video oyunları günahkardır.

Paralel.az xəbər verir ki, öldürülən 17 yaşlı Nahelin anası Muniya isə əmindir ki, oğlunun irqi onun qətlində faktorlardan biri olub.

O, silahı ilə atəş açan polisi nəzərdə tutaraq, "O, ərəb simasını, gənc oğlanı görüb və canını almaq istəyib" deyib.

"Belə gəncləri öldürmək nə vaxta qədər davam edəcək? Mənim kimi nə qədər ana olacaq? Nə gözləyirlər?", - deyə Muniya bildirib.

0.090878009796143