Qum dənəsi böyüklüyündə olan çanta 63 750 dollara satıldı - FOTO

Qum dənəsi böyüklüyündə olan çanta 63 750 dollara satıldı - FOTO
 

ABŞ-də qum dənəsi boyda olan əl çantası hərraca çıxarılıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, çanta 63 750 dollara (təx. 108.375 AZN) satılıb.

Çanta Nyu Yorkda Bruklinli mərkəzli sənət sahibkarı MSCHF tərəfindən istehsal edilib. Çantanın ölçüləri 657 x 222 x 700 mikrometrdir.

Belə ki, çantanı görmək üçün rəqəmsal displeyli mikroskop tələb olunur.

Rəqəmsal Hərrac Evi “Joopiter” çantanı 15 000 dollara satışa çıxarıb. Bu qiyməti 4 dəfədən artıq ödəyərək çantanı alan şəxsin kimliyi açıqlanmayıb.

Kiçik yaşıl çantanın üzərində Fransanın lüks brendi “Louis Vuitton” markasını simvolizə edən LV hərfləri var. Çanta 3D çap üsulu ilə istehsal edilib.

Günay

0.015115976333618