Nüvə silahı Belarusda: Tez hərəkətə keçməliyik – Polşa

Nüvə silahı Belarusda: Tez hərəkətə keçməliyik – Polşa
 

Polşa Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq ABŞ-ın nüvə silahlarına ev sahibliyi etmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında deyib.

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olmasıyla əlaqədar biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə çağırırıq.

İlk növbədə, bu, amerikalı və NATO tərəfdaşlarımızın qərarı olmalıdır. Biz tez hərəkətə keçmək istəyirik”, - Moravetski bildirib.

0.017261981964111