Politico: Dünya Priqojin qiyamından sonra Putinin gedişinə hazır deyil

Politico: Dünya Priqojin qiyamından sonra Putinin gedişinə hazır deyil
 

Ötən həftə sonu “Vaqner”in qiyamı göstərdi ki, dünya Vladimir Putinin nəzarəti altında olmayan Rusiya ilə işləməyə hazır deyil, çünki bu, Qərb ölkələri üçün xaosa bərabər olardı. 

Paralel.az ” xəbər verir ki, bu barədə “Politico” yazıb. 

Nəşr yazıb ki, rəsmi Vaşinqton dəfələrlə nüvə dövləti olduğundan Rusiyada hakimiyyətin dəyişməsini dəstəkləmədiyini bəyan edib.

“Politoco”nun yazdığına görə, Rusiyada konkret bir varisin olmamasından “Vaqner”in  rəhbəri Yevgeni Priqojin kimi bir qəddar komandirin hakimiyyətə gəlməsi ehtimalı ABŞ və Aİ üçün “çox narahatedici məqamlar” yaradır. 

“ABŞ Rusiya daxilindən Avropaya yayıla biləcək qeyri-sabitlikdə maraqlı deyil. Xaotik və zorakı proses vasitəsilə baş verən rejim dəyişikliyi də çox güman ki, başqa bir avtoritar lider ortaya çıxara bilər”, - nəşr qeyd edib.

Mürtəza
Paralel.az

0.022033214569092