Suyun verilişində fasilə yarandı - Gecə də təmir işləri aparılacaq

Suyun verilişində fasilə yarandı - Gecə də təmir işləri aparılacaq
 

Xətai rayonunun bir hissəsində (Köhnə Günəşli və ətraf ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Paralel.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

"Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar  Bakısukanal və Xətai rayon Sukanal idarələrinin qəza briqadaları əraziyə cəlb olunub. Axşam və gecə saatlarında təmir-bərpa işləri davam etdiriləcək", - deyə qurum rəsmisi bildirib. 

0.01925802230835