“Fransa polisinin Əlcəzair əsilli yeniyetməni öldürməsindən dəhşətə gəldim”

“Fransa polisinin Əlcəzair əsilli yeniyetməni öldürməsindən dəhşətə gəldim”
 

Fransada Əlcəzair əsilli, 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnərək öldürülməsi xəbərindən dəhşətə gəldim.

Paralel.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərov tviter hesabında yazıb.

“Fransada 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən güllələnərək öldürülməsi xəbərindən dəhşətə gəldim. Sosial şəbəkələrdə yayılan videoda atəş səsi eşidilməzdən əvvəl polisin avtomobilin sürücüsünə silah tuşlaması əks olunub. Avtomobil sonra dayanır. Naël M adlı yeniyetmə döş qəfəsindən aldığı güllə yaralarından dünyasını dəyişib”, - K.Cəfərov qeyd edib

“Ötən il Fransada yollarda saxlanılmalar zamanı polisin açdığı atəş nəticəsində rekord sayda - 13 ölümdən sonra bu, 2023-cü ildə belə şəraitdə baş verən ikinci ölümcül hadisədir.

2021-ci ildə üç, 2020-ci ildə isə iki nəfər yol hərəkətinin dayandırılmasına əməl etməkdən imtina etdikdən sonra polisin açdığı atəş nəticəsində həlak olub. “Reuters” agentliyinin məlumatına görə, 2021 və 2022-ci illərdə baş verən ölümcül atışmalarla bağlı qurbanların əksəriyyəti qaradərili və ya ərəb mənşəli şəxslər olub”, - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü vurğulayıb.

“Birincisi, Fransa hakimiyyət orqanlarından polisin hədsiz güc tətbiq etməsinin arxasındakı sistemli və etnik mahiyyəti araşdırmalarını və ədalətin bütün qurbanlar üçün vaxtında və adekvat şəkildə təmin edilməsi üçün səylərini artırmağı xahiş edirəm.

İkincisi, mən Fransa hakimiyyətini Nanterredə etirazçıların nümayişi və müdafiəsi hüququna hörmət etməyə çağırıram”, - AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri qeyd edib.

0.013290882110596