Ukraynadan F-16 qırıcıları ilə bağlı açıqlama

Ukraynadan F-16 qırıcıları ilə bağlı açıqlama
 

Ukrayna 2023-cü ilin sonuna qədər Qərb tərəfdaşlarından ilk F-16 döyüş təyyarələrini almağa ümid edir.

Paralel.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Aviasiya koalisiyasına daxil olan demək olar ki, bütün ölkələr Ukraynanı F-16 qırıcıları ilə təchiz etməyə hazırdır. Bəziləri isə bu ilin sonuna qədər bunu edə bilər. İnanıram ki, Ukrayna cari ilin sonuna qədər ilk F-16-lara sahib olacaq”, - Yermak bildirib.

0.016438007354736