İnqilablar heç bir səbəb olmadan baş vermir - Lukaşenko

İnqilablar heç bir səbəb olmadan baş vermir - Lukaşenko
 

Rəngli inqilablar heç bir səbəb olmadan baş vermir.

Paralel.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" xüsusi hərbi şirkətinin üsyanından danışıb.

Belarus lideri bildirib ki, o, ölkə ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsinə göstəriş verib.

Lukaşenkonun fikrincə, Rusiyadakı iğtişaşlar Qərb üçün faydalı olardı. "Onlar növbəti dəfə ölkəmizi, bütün regionumuzu partlatmağa, insanları çaşdırmağa çalışırlar", - Belarus lideri əlavə edib.

Onun sözlərinə görə, xaricdə yerləşən müxalifət Rusiyada baş verən hadisələr fonunda respublikada silahlı üsyana hazırlaşırmış, lakin bu baş tutmayıb.

Eyni zamanda, o qeyd edib ki, dövlətlərdəki rəngli inqilablar heç bir səbəb olmadan baş vermir. Lakin Lukaşenko onların başlanması üçün konkret şərtləri qeyd etməyib. O həmçinin bildirib ki, bu gün vətəndaşlar yeni “güc sınağı”ndan keçməlidirlər. “Bizim missiyamız milyonlarla qəhrəmanların, atalarımızın və babalarımızın həyatını fəth etdiyi dünyanı xilas etməkdir. Biz yenidən kölgə kimi torpağımızın üstündən asılan təhlükədən daha güclü olmalıyıq”, - Belarus Prezidenti deyib.

0.014585971832275