Volodin: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”

Volodin: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”
 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbərinə tapşırıq verib.

Tapşırıq bundan ibarətdir ki, iyunun 24-də Rusiyanı tərk etməyə cəhd edən dövlət qulluqçularının və dövlət korporasiyaları işçilərinin adları araşdırılsın və açıqlansın.

“Təhlükəsizlik komitəsinin sədrinə tapşırıq verilib ki, hüquq-mühafizə orqanları ilə birlikdə həmin vaxt mühüm vəzifə tutan, dövlət qulluğunda, dövlət strukturlarında, səhmdar cəmiyyətlərdə, şirkətlərdə çalışan şəxslərdən kimlərin qaçmağa cəhd etdiyi araşdırılsın və bu məlumatlar ictimaiyyətə açıqlansın”, - deyə Volodin qeyd edib.

“Bu hərəkət həmçinin cəzalandırılmalıdır. Baxmaq lazımdır, dövlət qulluqçularından hansısa biri belə bir addım atıbsa, bu, xoşagəlməz davranışdır. Belə halda dövlət qulluğu, vəzifə tutmaq doğru deyil”, - deyə o vurğulayıb.
“Onlar adi vətəndaşların vergiləri, büdcədən ayırmalar hesabına təmin olunur və dövlətə, insanlara xidmət etməlidirlər. Belə xoşagəlməz hərəkətlərinə görə utanmalıdırlar. Biz də müvafiq tədbirlər görməliyik”, - deyə Volodin əlavə edib.

0.021517038345337