İtaliyada futbolçulara bu nömrəli forma qadağan edildi

İtaliyada futbolçulara bu nömrəli forma qadağan edildi
 

İtaliyada nasist lideri Adolf Hitleri xatırlatdığı üçün futbolçuların forma nömrəsi olaraq “88” alması qadağan edilib.

Paralel.az ” xəbər verir ki, bu haqda İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamədə qeyd olunub.

Daxili işlər naziri Matteo Piantedosinin açıqladığı niyyət bəyannaməsi çərçivəsindəki qərara əsasən, futbolçulara ölkədə neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitlerə təriflər yağdıran “Heil Hitler” salamının simvolu  “H” hərfinə qarşılıq “88” rəqəmindən forma nömrələrində istifadə qadağan olunub.

Hazırda İtaliya Birinci Futbol Liqasında (Seriya A) oynayan iki oyunçu sözügedən qərardan təsirlənəcək. “Atalanta”da çıxış edən Mario Paşaliç və “Latsio”da çıxış edən Toma Basiç yeni mövsümdən forma nömrəsi olaraq “88” olmayacaq.(Qafqazinfo)

0.012367963790894