Şakira Pikenin xəyanətindən danışdı: həyatımda hər şeydən çox sevirdim...

Şakira Pikenin xəyanətindən danışdı: həyatımda hər şeydən çox sevirdim...
 

"Barselona"nın sabiq futbolçusu Jerard Pike ilə uzun müddət münasibətdə olan kolumbiyalı müğənni Şakira futbolçunun xəyanətindən necə xəbər tutduğu haqda danışıb.

Paralel.az xəbər verir ki, müğənni bu mətbuatdan öyrəndiyini bildirib.

“Mətbuatdan öyrəndim ki, məni aldadıblar və o an atam reanimasiyada idi. Atamı həyatımda hər şeydən çox sevirdim. Belə ağır bir anda, ona ehtiyacım olarkən, Pike mənə xəyanət etdi.

91 yaşlı atam 6 ay ərzində koronavirusa tutuldu, iki dəfə bədbəxt hadisə ilə üzləşdi və beş əməliyyat keçirdi. O, dözümlülüyün ən parlaq nümunəsidir, anam gecə-gündüz onun yanında oldu.

Hər ikisi mənim üçün gerçəkləşməyən bir xəyalın əksidir. Amma ümid edirəm ki, onlar mənim övladlarım üçün sevgi, münasibətlərdə səbir, mütləq sədaqət və xoşbəxtlik nümunəsi olacaqlar”, - deyə Şakira bildirib.(Publika.az)

0.026161909103394