Dünya çempionu intihar etdi - Dopinqə görə cəzalanmışdı

Dünya çempionu intihar etdi - Dopinqə görə cəzalanmışdı
 

Qazaxıstanlı ağır atlet Vladimir Sedov intihar edib.

Paralel.az xəbər verir ki, 35 yaşlı idmançının meyiti Karatal rayonunun Dostıq kəndində tapılıb.

Sedov 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı və 2009-cu ildə dünya çempionu olub. 

Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyası 2008-ci il Pekin Oyunlarında Sedovdan iki dopinq aşkar etmişdi. Buna görə 2008-2016-cı illər arasında idmançının bütün ağır atlet titullarını ləğv edilmişdi.(qafqazinfo)

0.030268907546997