Kolizeyə özünün və sevgilisinin adını cızaraq yazan turist axtarışa verildi - VİDEO

Kolizeyə özünün və sevgilisinin adını cızaraq yazan turist axtarışa verildi - VİDEO
 

İtaliyanın simvolu hesab edilən tarixi kolizeyə özünün və sevgilisinin adını qazıyaraq yazan turist axtarışa verilib.

Paralel.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, paytaxtı Romada turistlərdən biri əlindəki açarla kolizey divarının üzərinə özünün və sevgilisinin adını yazıb.

Belə ki, turistin kolizeyin divarına “İvan + Hayley 23" yazdığı anlar başqa bir turist tərəfindən lentə alınıb.
İtaliya Mədəniyyət Nazirliyi sözügedən hadisədən sonra aidiyyati qurumlara həmin şəxsin həbs edilməsi barəsində çağırış edib.

“Məncə, bir turistin öz nişanlısının adını yazdırmaq üçün dünyanın ən məşhur yerlərindən biri olan Kolizey kimi tarixi irsə zərər vurması çox ciddi, ədəbsizlik və kobudluqdur. Ümid edirəm ki, bu əməli törədənlər müəyyən edilər və cəzalandırılar”,- deyə mədəniyyət naziri Cennaro Sanculiano söyləyib.

İtalyan polisi sözügedən turistin axtarışlarına başlayıb. Tapılacağı təqdirdə onu 15 min avro (təxminən 28 min manat - red.) cərimədən 5 ilədək həbs gözləyir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.027240037918091