Avropa Oyunları: Azərbaycanın üç qadın sablyaçısı pley-offa yüksəlib

Avropa Oyunları: Azərbaycanın üç qadın sablyaçısı pley-offa yüksəlib
 

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.

Olke.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib.

Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.

0.017287969589233