Teylor Svift Meqanın dəvətini rədd etdi

Teylor Svift Meqanın dəvətini rədd etdi
 

Məşhur ulduz Taylor Svift Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın dəvətini geri çevirib. 

Axşam.az xəbər verir ki, bu haqda "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, Meqan rəsmən özü müğənniyə dəvət məktubu yazıb. İfaçı isə Meqanın "Archetypes"indən imtina edib. 

Daha əvvəl Şahzadə Harri ilə Meqan Markl və cütlüyün "Archetypes" podkastını buraxdığı "Spotify" platforması arasında 20 milyon dollarlıq müqavilənin ləğvi barədə məlum olub. Onlar daha sonra "Spotify" və "Archewell Audio" müqavilələrini ləğv etmək qərarına gəldiklərini və yaratdıqları podkast seriyası ilə qürur duyduqlarını bildirərək bəyanat yayıblar.

0.055655002593994