Putin xalqa müraciət edib: “Vaqner” döyüşçüləri qarşısında iki seçim qoydu - YENİLƏNİB

Putin xalqa müraciət edib: “Vaqner” döyüşçüləri qarşısında iki seçim qoydu - YENİLƏNİB
 

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib.

O, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib.

Dövlət başçısı “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə, ya orduda xidməti davam etdirməyə, ya da Belarusa getməyə çağırıb.


***
“İyunun 24-də baş verən hadisələrin lap əvvəlindən birbaşa göstərişimlə qan tökülməməsi üçün addımlar atıldı”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Putin “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib:

““Vaqnerçi”lər vətənpərvərdilər, onlardan ölkənin gələcəyi üçün birgə döyüşən silahdaşlarına qarşı istifadə etməyə çalışırdılar”.

***

“İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur”.

Paralel.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, silahlı üsyan onsuz da yatırılacaqdı:

“Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər”.

***

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edir. 

Paralel.az xəbər verir ki, dövlət başçısının çıxışı televiziya kanalları vasitəsilə yayımlanır. 

0.011831045150757