Moskvadan qaçış: Putinin ətrafı onu razı sala biləcəkmi? - NYT

Moskvadan qaçış: Putinin ətrafı onu razı sala biləcəkmi? - NYT
 

“Vaqner” muzdlularının Rostovu ələ keçirib Moskvaya doğru sürətli yürüşü, hüquq-mühafizə orqanlarının üsyana müqavimət göstərməməsi, Rusiya prezidenti Vladimir Putinin ruslar arasında nüfuzuna xələl gətirib.

Paralel.az ” xəbər verir ki, bunu Rusiyanın “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov “The New York Times”a bildirib.

Onun fikrincə, Rusiya elitasının nümayəndələri hətta Putini 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməməyə inandırmağa cəhd edə bilərlər.

"Hakimiyyətdə olmaqla sabitliyi təmin edən və təhlükəsizliyi təmin edən Putin son 24 saatda uğursuzluğa düçar oldu. Mən görürəm ki, elit dairələr artıq özlərini tam təhlükəsiz hiss edə bilmirlər", - Remçukov deyib.

Rus dövri nəşrinin baş redaktorunun sözlərinə görə, iğtişaş baş verən gün bir neçə məşhur şəxslər və hakimiyyət nümayəndələri Rusiya paytaxtından qaçıb.

O əlavə edib ki, Putinə yaxın adamlar indi onu seçkilərdə iştirak etməməyə inandırmağa çalışa bilərlər.

Mürtəza
Paralel.az

0.021982908248901