Ukrayna səfiri İsrail XİN-ə çağrılacaq - ETİRAZ

Ukrayna səfiri İsrail XİN-ə çağrılacaq - ETİRAZ
 

İsraili kəskin tənqid etdiiynə görə, Ukraynanın bu ölkədəki səfiri Yevgeni Korniyçuku İsrail XİN-ə çağrılması planlaşdırılır.

Paralel.az ” xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır. 

Nəşrin yazdığına görə, ukraynalı diplomata etiraz ediləcəyi gözlənilir.

Bundan əvvəl Ukraynanın İsraildəki səfirliyi bəyanat yayaraq, yəhudi dövlətinin hakimiyyətinin Rusiya ilə sıx əməkdaşlıq yoluna qədəm qoyduğunu və faktiki olaraq rusiyayönlü mövqe tutduğunu bildirib. 

Ukraynalı diplomatların fikrincə, Ukraynadakı hərbi əməliyyatlar fonunda “bitərəfliyinə dair demaqogiya arxasında gizlənən İsrail rəhbərliyi Rusiya Federasiyası ilə fəal əlaqələr qurur”. 

Bununla bağlı Ukrayna səfirliyi İsraili “mövqeyini dəyişməyə və Ukraynanı müdafiə vasitələri ilə dəstəkləməyə” çağırıb. 

0.012120008468628