Nazirliklərin avtomobilləri satışa çıxarıldı - 450 manatdan başlayaraq

Nazirliklərin avtomobilləri satışa çıxarıldı - 450 manatdan başlayaraq
 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Paralel.az ın məlumatına görə, 2023-cü il avqustun 15-də baş tutacaq hərraca müxtəlif nazirliklərin nəqliyyat vasitələri çıxarılacaq.

Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

0.014309883117676