BMT-nin baş katibi gərginliyin qarşısını almağa çağırdı

BMT-nin baş katibi gərginliyin qarşısını almağa çağırdı
 

BMT-nin baş katibi Antoniu Quterreş katibi Rusiyada gərginliyin qarşısını almağa çağırıb.

 “Paralel.az ” xəbər verir ki, BMT-nin baş katibi “Vaqner”in qiyam cəhdi ilə bağlı vəziyyəti narahatlıqla izlədiyini bildirib.

"Baş katib Rusiya Federasiyasındakı hadisələri narahatlıqla izləyir", - açıqlamada deyilir.

Qeyd olunur ki, Quterreş gərginliyi azaltmaq üçün tədbirlərdən xəbərdardır.

BMT-nin baş katibi həmçinin bütün tərəfləri məsuliyyətli davranmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

Bundan əvvəl CBS telekanalı BMT-dəki mənbələrə istinadən Rusiyadakı vəziyyətin hələlik təşkilat səviyyəsində nəzərdən keçirilməyəcəyini bildirib. BMT baş katibinin ofisində deyilib ki, Təhlükəsizlik Şurasının bütün beş daimi üzvü, o cümlədən ABŞ və Rusiya tərəfindən baş verənlərlə məşğul olmayacaq.

0.077706098556519