Ərdoğan və Stoltenberq Rusiyadakı hadisələri müzakirə etdi

Ərdoğan və Stoltenberq Rusiyadakı hadisələri müzakirə etdi
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı “Vaqner”in hərəkətləri fonunda Rusiyadakı vəziyyətin inkişafını müzakirə edib.

Bu barədə “Paralel.az ” Türkiyə mətbuatına istinadən xəbər verir.

“Danışıqlar zamanı Rusiyada baş verən son hadisələr müzakirə edilib. Bildirilib ki, Rusiyada gərginliyin azalması Ukrayna arenasında geri dönüşü olmayan humanitar fəlakətlərin qarşısını alıb”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildirilib.

Bundan əlavə, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə ediblər: “Türkiyənin İsveçin üzvlüyünə müsbət yanaşdığı bildirilib, lakin PKK terror təşkilatının tərəfdarları bu ölkədə sərbəst şəkildə aksiyalar təşkil etdiyi müddətcə dəyişikliyin mənasının olmadığı diqqətə çatdırılıb”.

0.016399145126343