“Vaqner”in hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar

“Vaqner”in hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar
 

“Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.

Paralel.az xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında üsyançıların tankları toplanır, sursatlar yüklənir.

Hərbi qiyamın dayandırılması elan edildikdən sonra Rostov küçələrində vəziyyət kəskin şəkildə dəyişib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

0.018358945846558