Britaniya səfiri: “Azərbaycanın Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram” - FOTO

Britaniya səfiri: “Azərbaycanın Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram” - FOTO
 

“Azərbaycanın Rusiyanın işğalı ilə mübarizədə minaların təmizlənməsi və digər həyatı əhəmiyyətli sahələrdə Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter” hesabında yazıb.

O, Azərbaycanın Ukraynaya dəstəklə bağlı konfransda iştirak etməsini yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı bildirib ki, rəsmi Bakı minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.

Nazir çoxsaylı insan itkisi və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu deyib. O, bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyini söyləyib.

0.015060901641846