Zeytun bağı Binəqədi rayon icra başçısının tamahının qurbanıdır - Ərazidə yaşayan əhali

Zeytun bağı Binəqədi rayon icra başçısının tamahının qurbanıdır - Ərazidə yaşayan əhali
 

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.

"Paralel.az" xəbər verir ki, Binəqədi sakinlərinin  Tribunainfo.az-a verdiyi məlumata görə, zeytun bağları taleyin ümidinə buraxılıb.

“Zeytun bağı Adil Məmmədov küçəsindədir. Bura məşhur 30 ilin zeytun bağıdır. Bura əvvəllər daimi su gəlirdi, çünki artezian quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.

Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.
Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol çəkib, abadlıq işləri adı altında iş aparıb aparıb, bağı isə pis hala salaraq gediblər:

“Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhv olmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.

0.017985820770264