Araik Arutyunyan da istintaqa çağırılacaq

Araik Arutyunyan da istintaqa çağırılacaq
 

Xankəndidəki qondarma rejimin başçısı Araik Arutyunyan da 44 günlük müharibənin araşdırılması ilə bağlı Ermənistan parlamentinin istintaq komissiyasına çağırılacaq və baş verənlərlə bağlı açıqlama verəcək.

Paralel.az ” xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, istintaq komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, ola bilsin ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan yenidən 44 günlük müharibənin şəraitini araşdırmaq üçün Ermənistan parlamentinin istintaq komissiyasına dəvət edilsin. 

Bildirib ki, Onik Qasparyanın komissiyada səsləndirdiyi fikirlər Nikol Paşinyanın bugünkü bəyanatı ilə ziddiyyət təşkil etmir. 

“Bu gün Nikol Paşinyan Şuşa ilə bağlı çox vacib fikirlər söylədi. Hazırda İstintaq Komitəsi Şuşa da daxil olmaqla Onik Qasparyanla bağlı çoxsaylı epizodları nəzərdən keçirir. Çoxlu problemlər var. İşin həcmi çox böyükdür, İstintaq Komitəsinin bütöv bir material paketi var. Paşinyandan sonra bir çox mühüm məmurlar var ki, onları dəvət edəcəyik, məsələn, Qarabağ “prezidenti” Araik Arutyunyan və “müdafiə naziri” Cəlal Arutyunyan”, - Köçəryan bildirib.

Mürtəza
Paralel.az

0.042322874069214