Zəlzələ qurbanlarının öldüyü yerdə gül bitdi - VİDEO

Zəlzələ qurbanlarının öldüyü yerdə gül bitdi - VİDEO
 

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələlərdə ən çox insan tələfatının yaşandığı yerlərdən biri olan “Azərbaycan” bulvarında çiçək açan günəbaxanlar görənləri duyğulandırıb.

Paralel.az “Haber Global”a istinadən xəbər verir ki, sözügedən hadisə zəlzələnin episentri Kahramanmaraşda baş verib.

Hündürlüyü yarım metrə çatan günəbaxanların çiçəklənməsi küçədə gəzən vətəndaşların diqqətini çəkib.

Vaxtilə sözügedən ərazidə telefon satıcısı işləyən Yəhya Erden baş verənləri “möcüzə” adlandırıb:

 "Bu, Rəbbimin möcüzəsidir, çünki zəlzələ ilə birlikdə qoz-fındıq dağıntılar altında qaldı və öz-özünə çiçək açdı. Tarlalarda görməyə adət etdiyimiz günəbaxanlar bu dəfə insanların öldüyü dağıntıların arasında çiçək açıb. Bu bizi kədərləndirdi”.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7.6 və 7.7 ballıq zəlzələlər 50 minə yaxın insanın ölümünə və böyük miqyasda dağıntılara səbəb olmuşdu.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.020143032073975