Buzların əriməsi 2 milyard insanı susuz qoya bilər

Buzların əriməsi 2 milyard insanı susuz qoya bilər
 

Himalay dağlarındakı buzların sürətlə əriməsi, 2 milyarda yaxın insanın şirin suya çıxışına təsir göstərə bilər.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Katmanduda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICIMOD) məlumat verib.

21-ci əsrdə istixana qazı emissiyaları sürətlə azalmasa, Himalay buzlaqları öz həcminin 80%-ni itirə bilər.

Qarşıdakı illərdə Himalay dağlarında artması gözlənilən daşqınlar, uçqunlar və buzlaq daşqınları ilə buz itkisi sürətlənəcək. Bu vəziyyətin dağlar ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan, Çin və digər qonşu ölkələrdəki 1 milyard 650 milyon insana mənfi təsir göstərəcəyi təxmin edilir.

Qlobal istiləşmənin Himalay bölgəsindəki buzlaqlara, qarlara və donmuş torpaqlara təsiri görünməmiş və böyük ölçüdə geri dönməz səviyyəyə çatıb.

Qeyd edək ki, Everest dağının buzlaqlarının son 30 ildə 2 min illik buz itirdiyi müəyyən edilib.

Günay

0.021695137023926