Alman ordusu ilə bağlı şokedici gizli sənədlər ortaya çıxdı

Alman ordusu ilə bağlı şokedici gizli sənədlər ortaya çıxdı
 

Almaniyada nəşr olunan Der Spiegel jurnalı, ölkənin Müdafiə Nazirliyinin gizli sənədlərinə əsaslanaraq alman ordusunun inventarında yalnız 20 min yüksək partlayıcı mərmi qaldığını bildirib.

Paralel.az ” xəbər verir ki, Almaniyanın Ukraynaya hərbi dəsətək verdiyi bir zamanda bu ölkədə “Der Spiegel” həftəlik siyasi jurnalı büdcə komitəsini təcili satınalmaların zəruriliyinə inandırmaq üçün bu sənədlərə istinad edib. 

Gizli hesabatda qeyd olunub ki, Almaniya ordusu NATO-nun 30 günlük gərgin döyüşünə tab gətirə biləcək kifayət qədər artilleriya ehtiyatına sahib olmaq üçün 2031-ci ilə qədər təxminən 230 min mərmidən ibarət inventar yaratmalıdır. Hesabatda təklif edilib ki, Müdafiə Nazirliyi qarşıdakı aylarda artilleriya və tank sursatlarının alınmasını sürətləndirmək məqsədi ilə  9 müqavilənin büdcə komitəsinə təqdim etməyi hədəfləyir.

Almaniya kimi bir çox ölkə ötən ilin fevralından Ukraynanı Rusiyanın hücumlarına qarşı müdafiə etmək üçün haubitsaların istifadə etdiyi top mərmiləri ilə təmin etmək üçün hərəkətə keçib və öz müdafiəsi üçün ehtiyatlarını  istifadə edib.

0.034763097763062