Danimarka Ukraynaya hərbi yardımını 3 milyard dollara çatdıracaq

Danimarka Ukraynaya hərbi yardımını 3 milyard dollara çatdıracaq
 

Danimarka Ukraynaya hərbi yardımını 5 il müddətinə 3,2 milyard dollara çatdırmaq qərarına gəlib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi 2023-2028-ci illər ərzində Ukraynaya hərbi yardımın 21,9 milyard Danimarka kronuna (3,2 milyard dollar) çatdırılacağını açıqlayıb.

Danimarkanın mart ayında yaratdığı Ukrayna fondu vasitəsilə veriləcək yardımın böyük hissəsinin 2023-2024-cü illərdə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Danimarka hökuməti mart ayında hərbi, mülki və kommersiya yardımı üçün 7 milyard Danimarka kronu (1 milyard dollar) büdcə ilə Ukrayna fondu yaradıb.

 

0.015002965927124