“Barselona” Braziliya millisinin hücumçusunu transfer etdi

“Barselona” Braziliya millisinin hücumçusunu transfer etdi
 

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Kataloniya təmsilçisi Braziliyanın “Atletiko Paranaense” klubundan Vitor Rokeni transfer edib. Braziliya millisinin 18 yaşlı hücumçusu ilə 5 illik müqavilə imzalanıb.

Bu keçid üçün “Barsa” qarşı tərəfə 35 milyon avro ödəyəcək. Daha 10 milyon avro bonuslar nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin martında Mərakeşlə (1:2) yoldaşlıq görüşündə Braziliya yığmasının heyətində debüt edən Vitor Roke ötən mövsüm “Atletiko Paranaense”də 25 matç keçirib, 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

0.025174856185913