Xaçmazda qohumunu güllələyib öldürmək istəyən şəxs yenidən hakim qarşısında 

Xaçmazda qohumunu güllələyib öldürmək istəyən şəxs yenidən hakim qarşısında 
 

Xaçmazda qohumunu güllələyərək öldürməyə cəhddə təqsirl bilinən Nail Mahmudov Ali Məhkəməyə şikayət edib.

Paralel.az xəbər verir ki, onun şikayətinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhəkəm prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası avqustun 24-nə təyin olunub.

Qeyd edək ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsi məlum olub.

Nail Mahmudov saxlanılaraq onaq qarşı, cinayət məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

0.017661094665527