Həsən Ruhani həbs olunacaq? - 700 min nəfər şikayətçi var
İranın eks-prezidenti Həsən Ruhani ilə bağlı 700 min nəfərin şikayəti əsasında 2 dosye Baş Prokurorluğa təqdim edilib.
"Paralel.az" "Xaneye-mellət"ə istinadla xəbər verir ki, bu barədə "90-cı maddə üzrə" komissiyanın sədri Nəsrullah Pejmanfər danışıb.
Onun sözlərinə görə, H. Ruhani barəsində həbs-qətimkan tədbiri və ya ziyanın ödənilməsinə dair məhkəmə qərarının çıxarılması gözlənilir.
Parlament komissiyasının sədri Ruhani administrasiyasının dövründə bir layihəyə əsasən, neftin satışı və daşınması ilə bağlı 1,7 milyard dollara yaxın vəsait xərcləndiyini və ölkəyə 25 milyon dollar ziyan vurulduğunu bildirib.
Pejmanfər deyib: “Keçmiş prezidentdən fond bazarındakı problemlər və valyuta müdaxilələri ilə bağlı şikayətlər prokurorluğa göndərilib. 700 min insanlar şikayətçidir".