Almaniyada qatar stansiyasına oxla hücum olunub

Almaniyada qatar stansiyasına oxla hücum olunub
 

Almaniyanın Aşağı Saksoniya əyalətindəki Payne qatar stansiyasında 29 yaşlı gənc oxla qatarı gözləyən sərnişinlərə hücum edib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Saxlanılan şəxsin üzərindən ox və yay ilə yanaşı bıçaq da tapılıb. 

Braunşveyq polisindən verilən açıqlamada, şübhəlinin geyiminə əsasən onun ifrat sağçı motivasiya ilə hadisəni törətdiyi və psixolji probleminin olduğu bildirilir.

Aşağı Saksoniya əyalətinin daxili işlər naziri Daniela Berensin verdiyi məlumata görə, hücumda hər hansı ksenofobiya izi olub-olmadığı araşdırılır. 

“Polisin qətiyyətli müdaxiləsi nəticəsində daha çox insan zərər görmədi. Cinayətkarı qısa müddətdə nəzarətə götürən polisə təşəkkür edirəm”,- deyə o, əlavə edib.

Digər tərəfdən, "Braunschweiger Zeitung" qəzetində hücumçunun ifrat sağçı rok qrupunun köynəyini geyindiyi bildirilib.

 

0.018180131912231