Universitetlərdə dövlət imtahanları niyə ləğv edildi? - dos. İlham Əhmədov
Məlum olduğu kimi, 2020-ci ildə NK-nin qərarı ilə universitetlərdə dövlət imtahanları ləğv edildi. Niyə?
Dövlət imtahanlarının ləğv edilməsinin əsas səbəbi, bu imtahanlardan bir ay sonra məzunların ETN-də MİQ imtahanı verməsidir. Bu cəmiyyətdə haqlı narazılıq yaratdığı üçün ETN MİQ-i saxladı, dövlət imtahanlarını isə ləğv etdi. Təbii ki, burada bəzi kooperativ maraqlar da yox deyil.
ETN-nin son illər fəaliyyətinin xeyli zəifləməsi, AMEA-nın TN-ə inteqrasiya proseslərinin çox ləng getməsi, bu qurumun qarşısına qoyulan məqsədlərə nail ola bilməməsi, nazirliyin qüsurlu kadr siyasıti və nəticədə təhsilin sürətlə tənəzzül etməsi, cəmiyyətdə nazirliyə olan etimadı xeyli azaldıb. Bunu mətbuatdan və sosial şəbələkərdə gedən davamlı müzakirələrdən də görmək mümkündür.
Təklif edirəm ki, MİQ, DİQ, sertifikasiya v.s. imtahanların daha keyfiyyətli, peşəkar və obyektiv təşkili üçün bu imtahanları, bu sahədə zəngin təcrübə və müsbət imicə sahib, peşəkar qurum olan DİM-ə həvalə edilsin. Bu ümumi işin xeyrinə olar.
25 ildə heç 5-6 normal dərsliyi yazlb ortalığa çıxara bilməyən bir qurumun belə mürəkkəb işləri səriştəli həll edəcəyi inandırıcı deyil. Bu proseslərdə əvvəllər yaranmış bir sıra problemlər də bunu sübut edir. Pedaqoji ictimaiyyəti bu təkliflə əlaqəli müzakirəyə dəvət edirəm.
"Paralel.az"