Konqresmenlər Blinkeni Tayvana getməyə çağırıb

Konqresmenlər Blinkeni Tayvana getməyə çağırıb
 

ABŞ-da Respublikaçı Nümayəndələr Palatasının 7 üzvü ABŞ dövlət katibi Entoni Blinkeni Pekinə səfərindən sonra Tayvana getməyə çağırıb.

Paralel.az ” xəbər verir ki, yazılı açıqlamalarında siyasətçilər qeyd ediblər ki, belə bir səfər ABŞ-ın Tayvana silah sistemlərinin tədarükündəki (20 milyard dollar təxmin edilir – Qeyd) gecikmələrə cavab olacaq.

“Sonda, bəlkə də ən vacibi, ABŞ-ın Tayvanda və ya başqa yerlərdə dostları və müttəfiqləri ilə görüşmək üçün Çin Kommunist Partiyasından icazəyə ehtiyacı olmadığına dair aydın siqnal göndərmək olacaq”.

Sənədi konqresmenlər Tom Tiffani, Skott Perri, Nensi Mays, Bayron Donalds, Den Krenşou, Endi Oqles və İrl Karter imzalayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə iki günlük səfəri başlayıb. Amerika tərəfinin məlumatına görə, Blinken Çinin xarici işlər naziri Çin Qan və ola bilsin ki, Çin Sədri Si Cinpinlə görüşəcək.

0.011331796646118