Astanada silahlı şəxs banka hücum edib

Astanada silahlı şəxs banka hücum edib
 

Qazaxıstanın paytaxtı Astana şəhərində bank filialına silahla hücum edən şəxs yeddi nəfəri girov saxlayır.

Paralel.az ” xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda “Kaspi Bankda” insanları girov götürən şəxslə danışıqlar aparılır.

“Silahlı şəxsin girovu, ehtimal ki, yeddi nəfərdir. Onun polis zirehi geyindiyi barədə məlumat həqiqətə uyğun deyil”-, məlumatda vurğulanıb.

Nazirlikdən verilən məlumata görə, “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşları hadisə yerində işləyirlər, hərbçilər xüsusi əməliyyata cəlb olunmayıblar.

Bankın yaydığı məlumatda bildirilib ki, Dostık küçəsində yerləşən şöbədə yalnız bank əməkdaşları olub.

0.016605854034424