Yasamal narkotik ticarətinin mərkəzlərindən birinə çevrilib - Şikayət
Çoxmərtəbəli binaların pilləkənlərində şpiris topaları yığılıb
Hazırda gənclər arasında geniş yayılan narkamaniya yalnız dünyanın deyil, ölkəmizin də ən böyük bəlasına çevrilib. Xüsusən paytaxt Bakıda vəziyyət dözülməzdir. Yəqin, Bakı rayon polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində həbs olunana narkotik satanların sayının çox olması ilə hər kəs qarşılaşır.
Vətəndaşların şikayətlərinə və statistik məlumatlara diqqət yetirəndə aydın seçilir ki, narkamanların ən çox yayıldığı rayon Bakının Yasamal rayonudur.
Bunun əsas səbəbi odur ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və onun rəhbərlik etdiyi aparatın əməkdaşları narkoticarətin rayon ərazisində yayılmasına qarşı heç bir mübarizə tədbirləri görmür, gənclər arasında, xüsusən məktəblilər arasında təbliğat işinə əhəmiyyət vermirlər, əksinə, narkomaniya kimi təhlükəli bəlanın gənclər arasında yayılmasına göz yumurlar.
Şikayətçilərin verdiyi məlumata görə, hətta polis orqanlarında çalışan bəzi əməkdaşların naroticarətçilərlə əlaqəsi olduğu xüsusi olaraq vurğulanır. Yasamalda hər gecə çoxmərtəbəli yaşayış binalarının mərtəbələri arasında olan pilləkənlərdə narkomanların istifadə edib atdığı spiris topalarına rast gəlinir. Maraqlı haldır ki, hətta Yasamal Mənzil İstismar Sahələrinin rəhbərləri narkomanların pilləkənlərə atdıqları şpis topalarının təmizlənməsinə əhəmiyyət vermirlər.
Abbas
Yasamalda 50 nəfər narkoman həbs olunub!
Yasamalda 45 nəfər narkoman həbs olunub!
Yasamalda həbs olunmuş 12 nəfər narkoman!
Yasamalda 7 kloqram narkotiklə tutulanlar!
P. S. Elşad Həsənov və Rayon Polis İdarəsinin rəisindən soruşuruq ki, Yasamalda saysız-hesabsız narkomanlar ordusu mövcuddursa, bəs sizlər rayonda yalnız həbs etməklə işinizi bitmiş hesab edirsiniz, digər tədbirlər niyə yaddan çıxıb, cənablar?!