Çin Xarici İşlər Nazirliyi ABŞ-la hərbi münaqişə ehtimalını şərh edib

Çin Xarici İşlər Nazirliyi ABŞ-la hərbi münaqişə ehtimalını şərh edib
 

“Çin və ABŞ arasında gözlənilməz hərbi münaqişə yaranarsa, bu, Los-Ancelesə və ya Kaliforniyanın digər sahillərinə hərbi gəmilər və təyyarələr göndərəcək Pekinin təxribatçı hərəkətləri ilə baş verməyəcək”.

“Report” xəbər verir ki, bunu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində “Bloomberg”in məqaləsinə münasibət bildirərkən deyib.

XİN rəsmisi tviterdə “Bloomberg”in “Çin Blinkenin dediklərinə daha yaxşı diqqət yetirsin” başlıqlı məqaləsinin ekran görüntüsünü dərc edib. Agentlik həmçinin yazıb ki, “Çin öz cəsarətli pilotlarının və gəmi kapitanlarının ABŞ qoşunlarını riskli manevrlərlə sahillərindən qorxuda biləcəyinə inanır, lakin onlar çox uzağa getsələr, baş verəcəkləri bəyənməyəcəklər”.

Məqaləni tənqid edən Hua Çunin bildirib: “Əksinə, buna Çin ərazisi yaxınlığında ABŞ hərbi gəmiləri və təyyarələri səbəb olacaq. Çin ölçüsündə bir ölkə ilə münasibətlərdə əsas qayda qarşılıqlı hörmətdir”.

Onun sözlərinə görə, bir çox çinli oxucu üçün bu məqalə şantajdır: “Müəllifin, redaktorun tarix və coğrafiya dərslərinə ehtiyacı ola bilər”.

0.054573059082031