Rusiya ilə sülhün şərtlərini Ukrayna müəyyən etməlidir - Stoltenberq

Rusiya ilə sülhün şərtlərini Ukrayna müəyyən etməlidir - Stoltenberq
 

Ukraynada sülhün əldə olunması üçün məqbul şərtləri yalnız Kiyev müəyyən etməlidir. Paralel.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Biz hamımız istəyirik ki, bu müharibə bitsin, lakin sülhün uzunmüddətli olması üçün ədalətli olması vacibdir", - Stoltenberq bildirib.

"Sülh münaqişənin dondurulması və ya şərtlərinin Rusiya tərəfindən diktə ediləcəyi sövdələşmənin qəbul edilməsi demək deyil. Məqbul şərtləri yalnız Ukrayna müəyyən edə bilər", - o deyib.

NATO-nun baş katibi hesab edir ki, Ukrayna nə qədər çox əraziləri azad etsə, danışıqlar masasında bir o qədər yaxşı imkanları olacaq.

Ölkənin Şimali Atlantika Alyansına daxil olması perspektivlərinə toxunan Stoltenberq deyib ki, Ukraynanın gələcəyi NATO ilə bağlıdır, lakin hazırda prioritet Ukraynanın suveren və müstəqil dövlət kimi qalmasıdır.

"Əks halda, üzvlük məsələsini müzakirə etmək imkanı olmayacaq. Biz bu müharibənin sonunda Ukraynanın təhlükəsizliyinə dair etibarlı sazişlərin bağlanmasına nail olmalıyıq ki, Rusiya yenidən silahlanıb hücuma keçməsin", - baş katib bildirib.

O bildirib ki, NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində Ukraynaya yardım paketi və onu alyansın standartlarına yaxınlaşdıracaq siyasi əlaqələrin aktivləşdirilməsi barədə qərar qəbul ediləcək.

Elvin

Paralel.az

0.02808403968811