Forbes: Avropanın “enerji mərkəzi” olmaq üçün Ukraynaya 400 milyard dollar lazımdır

Forbes: Avropanın “enerji mərkəzi” olmaq üçün Ukraynaya 400 milyard dollar lazımdır
 

Ukrayna 2050-ci ilə qədər Avropanın “enerji mərkəzi” olmaq üçün 400 milyard dollar investisiya cəlb etmək niyyətindədir.

Paralel.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Jurnalınməlumatına görə, 2050-ci ilə qədər energetikanın inkişafı planına əsasən, Ukrayna elektrik enerjisi istehsalını yeddi dəfə, qaz hasilatını dörd dəfə, neft hasilatını isə 6,7 dəfə artırmağı planlaşdırır.

Plana görə, Ukrayna özü nüvə yanacağı istehsal edəcək, kömürlə işləyən istilik elektrik stansiyaları 2035-ci ilə qədər sıradan çıxarılacaq, onları təbii qaz və biometanla işləyən istilik elektrik stansiyaları əvəz edəcək.

Bildirilir ki, plan 2023-2032-ci illərdə 9%, 2032-2050-ci illərdə isə 3% ÜDM artımı proqnozuna əsaslanır.

Enerji Tədqiqatları Mərkəzinin direktoru Oleksandr Xarçenkonun sözlərinə görə, planlar Ukraynanın enerji strategiyasını əhəmiyyətli dərəcədə üstələyir.

"Bu rəqəmlərin reallıqla heç bir əlaqəsi yoxdur", - Forbes onun sözlərindən sitat gətirir.

Elvin

Paralel.az

0.01743483543396