Mühüm mesajları nəzərə alaq - dos. İlham Əhmədov

Mühüm mesajları nəzərə alaq - dos. İlham Əhmədov
 

T.C. Prezidenti, cənab R.T.Ərdoğan Bakıda olanda 2 mesaj verdi. Hər bir mesajda dərin məna var idi. Hər 2 mesaj dövlətimiz üçün vacib məsələlərə həsr edilmişdi. 

1-ci mesaj ölkədəki gərgin demoqrafik vəziyyətlə əlaqədar idi. Ona görə də o, ölkəmizdə hər ailədə 5 uşaq olması təklifini verdi.
2-ci mesaj isə Azərbaycan Türkiyə Universitetinin (ATU) yaradılması ilə əlaqədardır. Yəni o, diqqətimizi təhsilimizin fəlakətli halına yönləndirmək istədi.
Hələ 2004-cü ildə parlamentdə o vaxtki ƏƏSMN naziri (prof. Əli Nağıyev) deyirdi ki, bizim Qarabağdan da böyük dərdimiz var. Bu bizim təhsilimizdir. Həqiqətən də təhsilimiz fəlakətli haldadır. Son illərdə isə daha da pis hala düşdü.
Qarabağ məsələsəni strateji müttəfiqimiz olan qardaş Türkiyənin siyasi dəstəyi ilə 44 günə əsasən həll edə bildik. Amma təhsilimizi nə 44 günə yox, nə 44 aya həll etmək mümkün deyil. Buna bəlkə heç 10 il də kifayət etməyəcək, təhsildəki bu idarəetmə ilə.
Unutmayaq ki, məktəbi zəif olan ölkənin normal universiteti ola bilməz. Universiteti normal olmayan ölkənin isə güclü iqtisadiyyatı ola bilməz.
Məktəb məzunlarımızın 70% -i 150 baldan az yığır. 700 baldan 150 bal 20 % bal deməkdir. 5 ballı sistemlə bu 1 qiymətdir. Bizim məktəbli olduğumuz illərdə şagirdlərin 70% 1 qiymət alsaydı, həmən təhsil nazirini yəqin ki, çox ciddi cəzalandırardılar.
44 günlük müharibədə MN-nin etimadı itirmiş generallarını hərbi əməliyyatlardan kənarlaşdırdıqdan sonra döyüşdə dönüş oldu, sonda ordumuz zəfər çaldı. İndi ATU yaradılarkən, ETN-nin etimadı itirmiş "generalları"na bu əməliyyatı etibar etmək olarmı?

"Paralel.az"

 

0.014372110366821