“Azeri Light”ın qiyməti 79 dollara çatır

“Azeri Light”ın qiyməti 79 dollara çatır
 

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Paralel.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 1,02 % artaraq 78,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

0.014181137084961