İsveçrə səfiri Türkiyə XİN-ə çağırılıb

İsveçrə səfiri Türkiyə XİN-ə çağırılıb
 

İsveçrənin Ankaradakı səfiri Jan Daniel Rux Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Paralel.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Buna səbəb, dünən Sürixdə aksiyalar zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maket və şəkillərinin yandırılması, həmçinin təhqiramiz çağırışlar olub.

Görüş zamanı səfir Ruxa bildirilib ki, ölkə başçısına qarşı bu hücumlar qəbuledilməzdir.
Bundan əlavə, hadisə ilə bağlı araşdırmalara başlanılması, cinayətkarların müəyyən edilməsi və tez bir zamanda lazımi tədbirlər görülməsi tələb edilib.

0.015119075775146