İki ölkə arasında əsir mübadiləsi olundu

İki ölkə arasında əsir mübadiləsi olundu
 

İran və Əfqanıstan arasında əsir mübadiləsi baş tutub.

Paralel.az “İHA”ya istinadla xəbər verir ki, bu barədə İran Məhkumların Təhvil verilməsi Komissiyasının sədri Əsgər Cəlaləddin açıqlama verib.

İranda müxtəlif cinayətlərə görə həbsdə olan 180 Əfqanıstan vətəndaşının azadlığa buraxılmasına cavab olaraq Əfqanıstanda saxlanılan 4 İran vətəndaşı da azadlığa buraxılıb.

Bildirilib ki, İran tərəfindən azadlığa buraxılan 180 Əfqanıstan vətəndaşı İranda aldıqları cəzalara uyğun olaraq məhkumluqlarını öz ölkələrində davam etdirəcəklər.

Əfqanıstanda sərbəst buraxılan 4 İran vətəndaşının narkotik qaçaqmalçılığına görə Taliban tərəfindən həbs edildiyi bildirilib.

Qeyd edək ki, İran həbsxanalarında saxlanılan 7000-dən çox xarici ölkə vətəndaşının 6620-si Əfqanıstan vətəndaşıdır.

Günay

0.015046119689941