Bu da son: Berluskoninin cənazəsi yandırılacaq, külü villasında saxlanacaq

Bu da son: Berluskoninin cənazəsi yandırılacaq, külü villasında saxlanacaq
 

86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin doğma şəhəri Milanda dövlət dəfn mərasimi keçirilib. 

Paralel.az ” xəbər verir ki, onun dəfni ilə bağlı ölkədə milli matəm günü elan edilib. 

“Euronews”un məlumatına görə, ailəyə yaxın mənbə Berluskoninin cənazəsinin yandırılacağını, külünün isə Arkore qəsəbəsindəki villasının ərazisindəki ailə məqbərəsində basdırılacağını bildirib.  Ağ mərmərdən olan bu məqbərədə Berluskoni üçün sarkofaq, divarlarında isə zəncirləri əks etdirən friz həkk olunub.

P. S. Ay gidi dünya, dünya malı üçün hər cür don geyən prezidentlər Berlüskoninin taleyinin sonundan nə vaxt doğru nəticə çıxaracaqlar?

Şahnaz

0.017016887664795