Avropadan PKK ilə bağlı XƏBƏRDARLIQ

Avropadan PKK ilə bağlı XƏBƏRDARLIQ
 

Avropa Polis Təşkilatı (EUROPOL) PKK terror təşkilatının Avropada çox aktiv fəaliyyət göstərməsi barədə xəbərdarlıq edib.

Paralel.az “Hürriyet”ə istinadla xəbər verir ki, EUROPOL həmçinin PKK-nın üzv dövlətlərdən inzibati və maliyyə bazası olaraq istifadə etdiyini bildirib.

EUROPOL-un “Terror Vəziyyəti və Meyillilik” hesabatında (TE-SAT) PKK-nın Avropa İttifaqı (Aİ) dövlətlərini, işçi toplama, inzibati və maliyyə bazası olaraq istifadə etdiyi vurğulanıb.

Sənəddə qeyd edilib ki, PKK-nın qeyri-qanuni maliyyə mənbələri arasında narkotik qaçaqmalçılığı və Aİ-də həyata keçirilən dələduzluq halları yer alır.

Bununla yanaşı, hesabatda terror qruplaşmasının Avropadakı fəaliyyətində əsas məqsədin İraq, Suriya və Türkiyədəki əməliyyatları dəstəkləmək olduğu da öz əksini tapıb.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.016036987304688